AZ

Bu böcəklər ABŞ-ı "işğal" etməyə hazırlaşır: qarşısı alınmasa...

Səs-küylü və cütləşməyə hazır olan milyardlarla avqust böcəyi Amerika meşələrini "işğal" etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bir neçə həftədən sonra avqust böcəklərinin iki xüsusi qrupu eyni vaxtda cütləşəcək. Bu böcəklərin əksəriyyəti həyatlarını sürfə kimi yerin altında keçirirlər. Hər 13 və ya 17 ildən bir dövri olaraq bu böcəklərin bir balası pupa mərhələsində gözlədikdən sonra torpaqdan çıxır.

Corc Vaşinqton Universitetinin biologiya üzrə professoru Con Lill deyir ki, onların sinxron sürüləri quşların, tülkülərin, yenotların, tısbağaların və digər yırtıcıların çoxalmasına da şərait yaradır.

Bəzi tədqiqatlar göstərir ki, avqust böcəklərinin ortaya çıxmasından iki il sonra meşə palamutlarının da sayı artır. Palamutların sayı artdıqca, onlarla qidalanan məməlilərin populyasiyası da artır. Bu isə insanlarda “Lyme” xəstəliyi (böcəklərdən insanlara qan vasitəsilə ötürülən bakteriyaların yaratdığı xəstəlik) riskini artır.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla