AZ

“Qəbələ”nin Premyer Liqada qala bilməməsi Sxadadzenin günahıdır”

style='margin-bottom:10px;'>

Ötən gün Misli Premyer Liqasının 32-ci turunda "Kəpəz"ə uduzan "Qəbələ"nin çempionatı sonuncu - 10-cu pillədə başa vuracağı dəqiqləşib. İdman prinsiplərinə əsasən, əyalət təmsilçisi növbəti mövsüm Azərbaycan 1-ci liqasında mübarizə aparmalıdır. Ancaq bununla bağlı son qərarı AFFA İcraiyyə Komitəsi verəcək.

QOL.az bununla əlaqədar Azərbaycan millisinin sabiq üzvü, "Qəbələ"nin keçmiş futbolçusu Ceyhun Sultanovun fikirlərini öyrənib.O, Premyer Liqada komandaların sayının 12-yə yüksəldilməsinin və bununla da "Qəbələ"ni çempionatda saxlamağın ən yaxşı yol olduğunu bildirib: "Əfsuslar olsun ki, belə bir komanda Premyer Liqada sonuncu oldu. "Qəbələ"ni itirsək, pis olacaq. Düşünürəm ki, Premyer Liqada komanda sayı 12-yə yüksəldilməlidir. Bu şərtlə "Qəbələ"ni Premyer Liqada saxlamaq olar. İdman prinsipləri tətbiq olunsa, "Qəbələ" çempionatdan gedəcək. Ona görə də komanda sayının 12-yə çatdırılmasını təklif edirəm".

"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze "Kəpəz"lə görüşdən sonra açıqlamasında kluba gələrkən bu cür nəticə ilə üzləşəcəyini gözləmədiyini deyib və belə durumun yaranmasına görə komandanı günahlandırıb, imicinin korlandığını deyib. C.Sultanov gürcüstanlı mütəxəssisin bu fikirlərinə də münasibət bildirib: "Sxadadzenin belə deməyi düzgün deyil. Komandanın sonuncu olmağında onun özünün də günahı var. Sxadadzeni gətirmişdilər ki, "Qəbələ"ni Premyer Liqada saxlasın. O, bunu bacarmadı. "Qəbələ" Avroliqada da oynayıb. Hazırkı heyətinə görə də "Kəpəz"dən zəif deyil, güclüdür. Sadəcə Sxadadze bunu bacarmadı".

C.Sultanov 4-5 komandanın Premyer Liqada 2-ci yer uğrunda mübarizəsinə də toxunub: "Çempionatımız çox maraqlı keçir. Kimin öndə, kimin aşağıda qərarlaşacağını demək çətindir. 4-5 komandanın hər biri 2-ci yeri tutmağa yaxındır. "Sumqayıt" yaxşı futbol oynayır. "Zirə" və "Sabah"ın oyununda inkişaf var. "Neftçi" də keyfiyyətinə görə yuxarı pillələrdədir. Kim az səhv edəcəksə, o da uğur qazanacaq".

Nur Zeynalova

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16445
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16104
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15614
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13642
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12439
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9665
"Zaur, yenə çaşdın..." - VİDEO
7930
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6165
Minimum əmək haqqı nə qədər arta bilər?
6095
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Çingiz Mustafayevin toyudur - FOTOLAR
5320
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5279
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5243
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4524
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4287
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4203
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3282
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3273
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3053
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
3016