AZ

Pilləkən qalxmaq ömrü uzadır -Araşdırma

İngiltərənin East Anglia və Norfolk Universitetlərinin mütəxəssisləri ömrü uzatmağın yollarını araşdırıblar.

Medicina.az xəbər verir ki, tədqiqatın nəticələri Avropa Kardiologiya Cəmiyyətinin Yunanıstanda keçirilən Profilaktik Kardiologiya Konfransında açıqlanıb.

35-84 yaş arasında olan təxminən 500 min insanın sağlamlıq vəziyyətlərinin təhlil edildiyi araşdırmada pilləkən qalxmağın ürək-damar xəstəliklərini və vaxtından əvvəl ölüm riskini azaltmaqda rol oynadığımüəyyən edilib.

Məlum olub ki, pilləkənlərdən müntəzəm istifadə 14 il ərzində hər hansı səbəbdən ölüm riskini 24 faiz, ürək-damar xəstəlikləri, o cümlədən infarkt, ürək çatışmazlığı və insult riskini 39 faiz azaldır.


Aysel


Seçilən
41
Mənbələr
Şərh ()
Bağla