AZ

Qvardiola: Belə olsa, çempion ola bilməyəcəyik

“Mançester Siti” nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasında gedən çempionluq mübarizəsindən danışıb.

Publika.az xəbər verir ki, o, əsas rəqibləri olan "Arsenal"ın bu mübarizədə büdrəyəcəyinə inanmır:

“Arsenal”ın daha xal itirəcəyini düşünmürəm. Bu, keçmişdə “Liverpul”la olan vəziyyətə bənzəyir. 4 matçımız qalıb. Hündür dağa dırmaşmaq kimi bir şeydir. Heç-heçə etsək, çempion ola bilməyəcəyik”.

Qeyd edək ki, 35 turdan sonra Premyer Liqada turnir cədvəlinə 80 xalla “Arsenal” başçılıq edir. “Topçular”dan bir oyun az keçirən “Mançester Siti” isə 79 xalla ikincidir.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla

Reytinq