AZ

Ülviyyə Fətəliyeva üçün həlledici tur

Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında Avropa çempionatında 9-cu turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, hesabat turunda yarışın lideri Ülviyyə Fətəliyeva Rumıniya şahmatçısı İrina Bulmaqla heç-heçə oynayıb.

Günay Məmmədzadə Yuliya Osmak (Ukrayna), Səbinə İbrahimova Mitra Hecazipur (Fransa), Ləman Hacıyeva Marta Dakiçi (Serbiya), Ayan Allahverdiyeva isə Mariya-Anna Stefanidi (Yunanıstan) məğlub edib. Təmsilçilərimizdən Xanım Balayeva, Gövhər Beydullayeva, Nərmin Abdinova 9-cu turu bərabərliklə başa vurub, Gülnar Məmmədova isə məğlub olub.

Bu gün Avropa çempionatında son turun partiyaları oynanılacaq. 9 turdan sonra aktivində 8 xalı olan şahmatçımız Ülviyyə Fətəliyeva turnir cədvəlinə başçılıq edir.

Ən yaxın izləyicisini 1 xal qabaqlayan Fətəliyevaya bu tur azı heç-heçə edərsə, karyerasında ilk dəfə Avropa çempionu olacaq. 

Günay Məmmədzadə və Xanım Balacayeva müvafiq olaraq 5 və 9-cu yerlərdə qərarlaşıb. Son turun nəticələrindən asılı olaraq hər ikisi mükafatçılar sırasında yer ala bilər.
Seçilən
70
2
Mənbələr
Şərh ()
Bağla