AZ

Qvardiola Premyer Liqa tarixinə düşdü

Premyer Liqanın 35-ci turunun matçında "Mançester Siti" səfərdə "Nottingem Forest"i 2:0 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, bu "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola üçün 300-cü matç olub. İspan liqadakı ilk 300 oyununda 221 qələbə qazanaraq Premyer Liqa rekorduna sahibdir.

Bundan əvvəl rekordun sahibi Joze Mourinyo idi - Premyer Liqada ilk 300 matçda 189 qələbə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla