AZ

Gürcüstanda etirazlar: parlament xüsusi təhlükəsizlik rejiminə keçdi

Gürcüstan parlamenti xüsusi təhlükəsizlik rejiminə keçir. Binaya giriş deputatları və işçiləri qorumaq üçün məhdudlaşdırılacaq.

Publika.az xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət televiziya şirkətlərinin akkreditə olunmuş jurnalistlərinə təsir etməyəcək. Bir yayımçıdan maksimum iki qrup daxil ola biləcək.

Aprelin 29-da parlamentin Hüquq komitəsi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə edəcək.

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla