AZ

Piyada faciəvi şəkildə vəfat etdi

Rusiyanın Sverdlovsk vilayətinin Novo-Okunevo-Reftinski şossesinin ikinci kilometrliyində avtobus sürücüsü piyadanı vurub. 

News24.az xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Dövlət Yol Müfəttişliyi məlumat yayıb.

İlkin məlumatlara görə, 65 yaşlı zərərçəkən aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Sürücünün ayıq olduğu müəyyən edilib. Qəza zamanı avtobusda bir sərnişin olub. Avtobusun içərisində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Mehriban Mirzəzadə




Seçilən
26
Mənbələr
Şərh ()
Bağla