AZ

Almaniyada iki ukraynalı əsgər öldürüldü

Almaniyanın Bavariya bölgəsində bıçaq xəsarətləri ilə meyitləri tapılan iki ukraynalı Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri olub. Onlar Almaniyada reabilitasiya kursu keçirmişlər.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin saytında dərc olunan məlumatlara görə, Ukrayna konsulları mərhumun hansı bölmələrə aid olduğu barədə məlumatları dəqiqləşdirir, həmçinin onların qohumları ilə əlaqə qurur.

Ukrayna diplomatik xidməti xəbər verir ki, 1987 və 2001-ci il təvəllüdlü kişilərin meyitləri aprelin 27-də Bavariyanın Murnau am Staffelsee şəhərində ticarət mərkəzinin ərazisində tapılıb. Ukraynanın Münhendəki Baş Konsulluğundan verilən məlumata görə, qətldə şübhəli bilinən 57 yaşlı Rusiya Federasiyası və Almaniya vətəndaşı saxlanılıb.

T.İSMAYIL

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla