AZ

Zəngilan rayonunda “Biz narkotikə yox deyirik” mövzusunda maarifləndirici tədbir keçirilib

Bakı, 29 aprel, AZƏRTAC

Zəngilan rayon 28 nömrəli məktəbin yuxarı sinif şagirdləri ilə “Biz narkotikə yox deyirik” mövzusunda tədbir keçirilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə antinarkotik təbliğat istiqamətində “Biz narkotikə yox deyirik” mövzusunda Zəngilan rayon 28 nömrəli məktəbin yuxarı sinif şagirdləri ilə məlumatlandırma xarakterli görüş olub.

Tədbir çərçivəsində məruzəçilər narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat veriblər.

Sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanan məlumatlandırıcı əyani vəsaitlər iştirakçılara təqdim edilib.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq