AZ

Azarkeşlər Lopeteqini istəmir

“Milan” yeni baş məşqçi axtarışlarını davam etdirir. Mövsüm bitən kimi Stefano Pioli ilə yolları ayıracağı dəqiqləşən “rossonyerlər”, səhv etməmək üçün namizədlər siyahısına həssaslıqla yanaşır.

Futbolinfo.az xəbər verir ki, İtaliya klubunun ilk namizədi Xulien Lopeteqidir. Lakin azarkeşlər ispan mütəxəssisin təyinatını istəmir. Onlar imza kampanyası keçirərək Lopeteqini istəmədiklərini rəhbərliyə bildiriblər.

Bu səbəbdən hazırda digər namizədlər önə plana çıxıb. Paulo Fonseka və Mark van Bommellə danışıqların başlayacağı gözlənilir.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla