AZ

ABŞ-də prezidentliyə namizəd saxlanıldı


ABŞ polisi “Yaşıllar” Partiyasından prezidentliyə namizədi Cill Staynı Missuri ştatının Sent-Luis şəhərindəki Vaşinqton Universitetinin kampusunda Fələstin tərəfdarı mitinqdə iştirak edərkən həbs edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə bazar günü siyasətçinin seçki qərargahı “X” sosial şəbəkə hesabında məlumat yayıb.
“Yaşıllar” Partiyasından prezidentliyə namizəd Cill Stayn onun təşviqat meneceri Ceyson Koll və onun köməkçisi Kelli Merrill-Kayer şənbə günü qurulan düşərgədə 100-ə yaxın adamla, əsasən də Vaşinqton Universitetinin tələbələri ilə birlikdə həbs ediliblər”, - məlumatda deyilir.
Cill Staynın qərargahı bildirib ki, qısa həbsdən sonra siyasətçi və digər etirazçılar Sent-Luis həbsxanasından azad ediliblər.
Universitetin mətbuat xidmətinin məlumatına görə, həbslər etirazçıların oranı tərk etməkdən imtina etməsindən sonra baş verib.
Qeyd edək ki, “Yaşıllar” Partiyası - Demokrat və Respublikaçılar partiyalarından fərqli olaraq, ölkənin həyatında ciddi rol oynamır. Namizədləri adətən seçkilərdə az sayda səs toplayan üçüncü və ya kiçik partiyalara aiddir.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Seçilən
113
Mənbələr
Şərh ()
Bağla