AZ

Bakıda keçiriləcək beynəlxalq tədbirdə 700 qonaq iştirak edəcək

Bakı. Trend:

1-3 may tarixlərində ölkəmizdə keçiriləcək “Sülh və QlobalTəhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr”mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumuna xarici iştirakçılar üçün qeydiyyat prosesi uğurla başaçatıb. Bakıda keçiriləcək tədbirdə dünyanın müxtəlif ölkələrindənümumilikdə 700 mötəbər qonaq iştirakını təsdiqləyib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, 100-dənçox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60ölkəyə yaxın mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatınnümayəndələri var.

Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, diniliderlər, alimlər, jurnalistlər və müxtəlif etnik, dil və mədəniqrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoqvasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nailolmaq üçün bir araya gələcək.

Forumda Nazirlər Konfransı və Beynəlxalq Təşkilatların YüksəkSəviyyəli Toplantısı keçiriləcək,

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir mötəbər beynəlxalq təşkilatlar, o cümlədən BirləşmişMillətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), YUNESKO,İSESKO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Onu da əlavə edək ki, ötən dövr ərzində “Bakı Prosesi” BMTtərəfindən mədəniyyətlərarası dialoqa dair vacib qlobal platformakimi qəbul olunub.

Məqalədə:
Seçilən
39
23
Mənbələr
Şərh ()
Bağla