AZ

Ermənistanda etirazçılar İrəvan - Armavir yolunu bağladı

Bakı. Trend:

Ermənistanın Armavir vilayətinin sakinləri Azərbaycanlasərhədlərin delimitasiyası çərçivəsində əldə olunan razılaşmayaetiraz olaraq İrəvan - Armavir yolunu bağlayıb.

Trend erməniKİV-ə istinadən xəbər verir ki, etiraz aksiyasına ölkəparlamentinin "Ermənistan" blokundan olan deputatlar Qeqam Manukyanvə Mqer Saakyan da qoşulub.

Polis nümayəndəsi sakinlərdən 2 dəqiqə ərzində yolun hərəkətiniaçmağı tələb edib və bildirib ki, əks halda onların hərəkətihökumət nümayəndəsinin qanuni tələblərinə itaətsizlik kimiqiymətləndiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə ErmənistanRespublikası arasında dövlət sərhədinin delimitasiyası üzrəAzərbaycan Respublikası Dövlət Komissiyasının və ErmənistanRespublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinindelimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə ErmənistanRespublikası Komissiyasının 8-ci görüşünün yekunlarına əsasən əldəedilmiş razılaşmalara müvafiq olaraq, Azərbaycan Respublikası iləErmənistan Respublikası sərhədində iki ölkənin ekspert qruplarıərazidə geodeziya ölçmələri əsasında koordinatlarındəqiqləşdirilməsi prosesinə başlayıblar.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakısərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsindəaparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 26-dək 28sərhəd dirəyi quraşdırılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
24
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq