AZ

Delimitasiya ilə bağlı etiraza erməni deputatlar da qoşuldu - VİDEO

Ermənistan və Azərbaycan hökumətləri arasında sərhədlərin delimitasiyası barədə əldə olunan razılaşmaya etiraz edən bir qrup sakin səhər saatlarından İrəvan-Armavir yolunu bağlayıb.

"Unikal" Ermənistan KİV-ə istinadən xəbər verir ki, aksiya iştirakçılarına  “Ermənistan” blokundan olan deputatlar Qeqam Manukyan və Mqer Saakyan da qoşulub.

Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirib. Polis aksiya iştirakçılarından ərazini boşaltmağı tələb edib. 

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan hökumətləri arasında delimitasiya prosesinə Tavuş vilayətindən başlamaq və birgə komissiyanın əsasnaməsi üzərində işi iyulun 1-dək yekunlaşdırmaqla bağlı razılıq əldə edilib.

Seçilən
17
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq