AZ

4 yaş böyük modellə sevgili oldu - FOTOLAR

"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem dünyanın ən məşhur futbolçularından biridir.

Buna görə də zərif cinsin bir çox nümayəndələrinin ona maraq göstərməsi təbiidir.

Bir müddət əvvəl "The Sun" Cudun meydandan kənarda yeni uğuru haqqında məlumat yayıb. Onun 25 yaşlı niderlandlı model Laura Seliey Valk ilə görüşdüyü bildirilib.

Yarımmüdafiəçi sarışın gözəli dəfələrlə görüşlərə, İspaniyadakı evinə dəvət edib.

Mənbə "The Sun"a deyib: "Laura kifayət qədər açıq idi. Bütün vizajistlərə münasibətləri haqqında danışırdı.

Günün sonunda çəkiliş meydançasında olanlardan demək olar ki, hər kəs bu barədə məlumatlı idi. O, son bir neçə həftəsonu Madriddə Bellinqemi ziyarət edib və tamamilə ovsunlanıb".

Laura influenserdir. Sosial şəbəkələrdə çoxlu sayda izləyici toplamağı bacarıb. O, həmçinin öz konsaltinq agentliyinə malikdir və Amsterdam Tətbiqi Elmlər Universitetində biznes təhsili alıb.//sportinfo


Seçilən
28
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq