AZ

Amir Naxçivani: Azərbaycan xokkey komandasının heyətində iştirak etmək şərəf idi

Amir

Bakı, 29 aprel, AZƏRTAC

“Azərbaycan xokkey komandasının heyətində iştirak etmək şərəf idi”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ötən gün Bakıda Azərbaycanın “Baku Flames” və Rusiyanın “Buz qardaşları” həvəskar xokkey komandaları arasında keçirilən yoldaşlıq görüşündə iştirak edən Amir Naxçivani deyib.

O, oyunun baş tutduğu Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasının ideal vəziyyətdə olduğunu bildirib: “Həyatımın böyük hissəni Kanadada yaşamışam. Bilirsiniz ki, orada xokkey çox populyardır. Mən də həvəskar şəkildə həmin ölkədə xokkeylə məşğul olmuşam. Dostum Azərbaycanda yenidən xokkeyin inkişaf etdiyini söylədi. Düşündüm ki, yenidən buz meydançasına qayıda bilərəm. Həqiqətən də qərarımdan peşman olmadım. Xoşbəxtəm ki, Azərbaycan komandasının heyətində çıxış etdim”.

A.Naxçivani yoldaşlıq görüşü olmasına baxmayaraq, qalib gəldikləri üçün xoşbəxt olduğunu söyləyib: “Çox əla oyun keçdi. Qələbə qazanmaq bizə əlavə motivasiya verəcək. Azarkeşlər möhtəşəm idilər. Bizə dəstəklədiklərini görə onlara təşəkkür edirik. Xokkey Azərbaycan günü-gündən inkişaf edir”.

Qeyd edək ki, "Baku Flames" və "Buz qardaşları" komandaları arasındakı qarşılaşma təmsilçimizin 10:6 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla