AZ

Bu ölkə Avropa KİV-lərinin yayımını dayandırdı

Burkina Faso hakimiyyəti Fransanın "TV5Monde" televiziya kanalının və Almaniyanın "Deutsche Welle" teleradio şirkətinin yayımını, həmçinin "Guardian" və "Monde" qəzetlərinin yayımını dayandırıb. 

HİT.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Burkina Faso Ali Rabitə Şurasının (CSC) məlumatına görə, bəziləri qeyri-müəyyən müddətə bir neçə beynəlxalq media orqanının fəaliyyətini dayandırılıb.

"Sərəncamda adı çəkilənlər arasında Fransanın “Le Monde” qəzeti, Britaniyanın “The Guardian” nəşri, Almaniyanın Deutsche Welle* və Fransanın TV5 Monde telekanalı da var", deyə AFP qeyd edib.

2023-cü ilin yanvarında Burkina Faso Fransa ilə respublika qoşunlarının Afrika ölkəsinin ərazisində olmasını nəzərdə tutan müqaviləni ləğv edib. Fransa Xarici İşlər Nazirliyinin nümayəndələri bildiriblər ki, keçmiş metropolun qoşunları bir ay ərzində Burkina-Fasonu tərk edəcək.

Həmin ilin martında Burkina-Faso hakimiyyəti Fransanın "France 24" telekanalının ölkədə yayımını qadağan edib.

Samir

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla