AZ

"Səbail" Premyer Liqada 200-cü oyununu keçirib

Azərbaycan Premyer Liqasının XXXII turu “Səbail” üçün əlamətdar olub. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Bakı klubu Premyer Liqada 200-cü oyununu keçirib.

“Dənizçilər"in yubileyi “Sabah”la səfər matçına təsadüf edib. Hesabında 50 qələbə və 44 heç-heçə olan komanda 106-cı məğlubiyyətini alıb – 0:2.

“Səbail” Premyer Liqada 2017/2018 mövsümündə debüt edib. 2017-ci il avqustun 13-də “Zirə”nin qonağı olan “dənizçilər” 1:3 hesabı ilə uduzub.

Seçilən
23
5
Mənbələr
Şərh ()
Bağla