AZ

Qadın və kişi həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Bakı, 29 aprel, AZƏRTAC

Qadın və kişi həndbolçuların ölkə çempionatında növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, qadınların liqasının 15-ci turunda lider “Qarabağ” “Azəryol”la qarşılaşıb. “AHF Arena”da baş tutan qarşılaşma oyunun referiləri Ləman Həmidova və Aydan Hüseynova olub. Deleqat funksiyasını isə beynəlxalq dərəcəli hakim Ernest Ağakişi yerinə yetirib.

Oyuna nominal ev sahibi fəal başlasa da, təşəbbüsü qorumağı bacarmayıb. Xala-xal prinsipi ilə keçən oyunun 14-cü dəqiqəsindən üstünlüyü ələ alan “Qarabağ” favorit statusunu təsdiqləməyə başlayıb. Bunun məntiqi nəticəsi kimi fasiləyə də qonaqlar üstün yollanıblar – 15:12.

İkinci hissəyə qələbə əzmi ilə çıxan “Azəryol” çox keçmədən hesaba tarazlıq gətirməklə intriqanı qızışdırıb. Amma ev sahibinin bundan artığına gücü çatmayıb. Tədricən təzyiqi artıran Sergey Kamburun komandası vəziyyətə nəzarəti yenidən ələ alıb. Müdafiədəki sayıqlıq, qapıçının inamlı çıxışı və hücumların daha effektli sona çatdırılması matçın taleyini həll edib- 31:24.

Günün digər görüşündə “İdman Akademiyası” ilə “Kür” komandaları qarşılaşıblar. Oyuna aşkar favorit qismində çıxan Mingəçevir həndbolçuları səfər matçında 31:18 hesabı ilə qalib gəliblər.

Bu tur növbəti qələbəsini qazanan “Qarabağ” 26 xalla liderlik mövqeyini möhkəmləndirib. Aktivinə 23-cü xalı yazdıran “Kür” ikinci pillədədir. “Azəryol” 19 xalla üçüncü yerdə qərarlaşıb. Hərəyə 8 xalı olan “İdman Akademiyası” və “Bakı” dördüncü-beşinci pillələri bölüşürlər. Sonuncu yerdəki “Gənclər Birliyi”nin xal yoxdur.

Kişi həndbolçuların Azərbaycan çempionatının 18-ci turunda isə “Bakı” ilə “Azəryol” üz-üzə gəlib. Mükafatlar uğrunda yarışan komandaların “AHF Arena”da keçirilən duelini beynəlxalq dərəcəli referilər Ələkbər Ağakişiyevlə Ernest Ağakişi idarə edib. Qarşılaşmanın deleqatı beynəlxalq dərəcəli hakim Vaqif Əliyev olub.

Ötən tur “Qarabağ”la oyunda yüksək əzmkarlıqla məğlubiyyətdən qurtulan “Bakı” meydançaya ruh yüksəkliyi ilə çıxıb. Mingəçevirdə ağır məğlubiyyətə uğrayan “Azəryol” da azarkeşlərini sevindirmək niyyətində idi. Hər iki komandanın qələbə əzmi ilk dəqiqələrdən özünü büruzə verib. Effektli hücumlarla müşaiyət olunan xala-xal prinsipi ilk hissənin hesabında da əksini tapıb. Rəqiblər fasiləyə nominal ev sahibinin iki top fərqli üstünlüyü ilə yollanıblar - 16:14.

İkinci hissəyə fəal başlayan “Azəryol” tezliklə geriliyi aradan qaldırmaqla azarkeşlərini ümidləndirib. Dərhal toparlanan “Bakı” yenidən hesabda irəli çıxıb və nəticədə 31:29 hesabı ilə qalib gəlib.

Bu qələbə ilə xallarını 24-ə çatdıran “Bakı” lider “Kür”lə fərqi aradan qaldırıb.B

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3782
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3552
Bu yol qovşağında təmir işləri aparılacaq
3037
Bakıda hoteldə yanğın başlayıb
2628
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1759
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1642
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1525
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1432
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1268
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1239
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1218
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1116
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1074
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
934
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
930
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
903
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
888
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
847
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
822
Sabah 5 kəndin qazı kəsiləcək
768