AZ

Litva Sankt-Peterburqdan Moldovaya gedən avtobusa icazə vermir

Sankt-Peterburqdan Tiraspola gedən, salonunda 57 Moldova vətəndaşının olduğu avtobus iki günə yaxındır ki, Litva gömrüyündə gözləyir.

Musavat.com xarici mediya istinadla xəbər verir ki, bu barədə sərnişinlərdən biri jurnalistərə danışıb.

Onun sözlərinə görə, şənbə günü, aprelin 27-də səhər tezdən avtobus Litva gömrüyündə olub. Aprelin 28-i axşam saatlarında nəqliyyatın keçidi dayandırılıb. Sərnişinlərdən heç biri nə baş verdiyini bilmir. Gömrükçülər sərnişinlərin hər birinin baqajını bir neçə dəfə yoxlayıb, onlardan bəziləri yalan detektoruna göndərilib və onların Krımla bağlılığı və Ukraynadakı xüsusi əməliyyatla əlaqəsi barədə soruşublar.

Yoxlamaların nəticələrinə əsasən, 17 nəfərin keçidinə icazə verilməyib, lakin avtobusun özünün sərhədi keçməsi də ləngiyir. Sərnişinlərə su və bir az yemək almağa icazə verilib.

Musavat.com

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla