AZ

Azərbaycan- Qırğızıstan Respublikası ilə münasibətlərə böyük önəm verir - ŞƏRH

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik və xarici siyasət kursu Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir və bu istiqamətdə əldə olunan uğurlar Ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasının məntiqi nəticələridir.Azərbaycan region və dünya ölkələri ilə hər zaman dostluq, tərəfdaşlıq prinsipləri əsasında əlaqələr qurmaqdadır. Bu gün Azərbaycanın siyasi kursu dünya ölkələri üçün nümunəvi model kimi qiymətləndirilir. Çünki ölkə Prezidenti cənab İlham Əliyevin həm daxili, həm də xarici siyasət strategiyası sülh və qarşılıqlı tərəfdaşlıq prizmalarına əsaslanır. Azərbaycan müasir Beynəlxalq münasibətlər sisteminin fəal aktoru kimi dünyanın siyasi arenasında özünəməxsus çəkiyə malik olan bir ölkədir və öz milli maraqlarına uyğun olaraq Beynəlxalq siyasi arenaya uğurla inteqrasiya etməkdədir.Bu gün Azərbaycan regionda, Cənubi Qafqazda, Mərkəzi və Orta Asiya ölkələri ilə siyasi, iqtisadi və bir çox sahələr üzrə əməkdaşlıq əlaqələrinə malikdir.24 aprel 2024-cü il tarixində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri və səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə mətbuata verdiyi birgə bəyanat iki dost ölkə arasında gələcək əməkdaşlığa öz müsbət töhfələrini verəcək mühüm tarixi hadisə idi. Mətbuata birgə bəyanat zamanı Prezident cənab İlham Əliyev iki dövlət arasında əməkdaşlığın inkişafı və gələcək prespektivləri ilə bağlı çıxış edərək bildirdi ki, “qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir. Bu gün biz həm məhdud tərkibdə, həm də geniş heyətdə qarşılıqlı fəaliyyətimizin əsas məsələlərini müzakirə etdik, Dövlətlərarası Şuranın ikinci iclasını uğurla keçirdik, müvafiq idarələrin rəhbərlərinin məlumatlarını dinlədik və müvafiq tapşırıqlar verdik. Əminəm ki, bu səfər və onun nəticələri qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək.Bizim hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənəmiz formalaşıb. Mən ötən il, ondan əvvəlki il Qırğızıstanda olmuşam, həmçinin keçən il və ondan əvvəlki il Sadır Nurqojoyeviç bizi ziyarət edib. Bizim hələ yayda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi zamanı Azərbaycanda görüşmək imkanımız olacaq. Həmçinin Sadır Nurqojoyeviçi noyabr ayında COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir.” Azərbaycan və Qırğızıstan bütün beynəlxalq təşkilatlarda, daha doğrusu çoxtərəfli əməkdaşlıqda da hər zaman bir-birini dəstəkləyir. Belə ki, ötən dövr ərzində bu iki dost və qardaş dövlət və onların təmsilçiləri BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO , Şanxay təşkilatı çərçivəsində həmişə bir-birini dəstəkləyir. Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrlik müddətinin uzadılmasında Qırğızıstanın bir mənalı olaraq açıq dəstək vermişdir. Azərbaycan və Qırğız xalqlarının dostluğu qədim tarixi köklərə bağlıdır. Beləki bu iki qardaş və dost xalqların türk mənşəli olması əsas amillərdən biridir. Eyni etnik kökə, dinə sahib Azərbaycan və Qırğızıstan arasında münasibətlər son illər yüksələn xətlə inkişaf edib.İki ölkə arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrin, eləcə də bu sahələr üzrə əməkdaşlığın vacibliyi, güclənməsi və daha da genişləndirilməsi və perspektivləri bundan sonrada inkişaf edən xətt üzrə davam etdiriləcək. Mansur QuliyevYAP Ağdam rayon təşkilatının sədri

Seçilən
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3963
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3670
Bu yol qovşağında təmir işləri aparılacaq
3184
Bakıda hoteldə yanğın başlayıb
2745
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1849
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1699
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1558
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1497
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1486
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1292
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1274
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1192
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1179
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
992
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
971
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
953
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
948
Azərbaycan nefti ucuzlaşıb
939
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
891
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
862