AZ

COP 29 Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini gücləndirəcək - ŞƏRH

Azərbaycanın bu gün beynəlxalq tədbirlərin, konfransların və forumların keçirilməsi üçün xüsusi diqqətdə olması həm sabitlik diyarı kimi nüfuz qazanması, həm də uğurlu və düşünülmüş siyasət nəticəsində hər bir məsələnin həllində zəngin təcrübəyə malik olması ilə sıx bağlıdır. Bu gün həm dünya ölkələrində, həm də Azərbaycanda iqlim dəyişmələri ilə bağlı narahatlıqlar var. Azərbaycan daim iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfələrini verir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasında əhəmiyyətli rol oynayacaq. Cənab İlham Əliyev forumdakı çıxışında ölkəmizin bu mötəbər tədbirə yüksək səviyyədə hazırlaşdığını qeyd edərək bu məqama xüsusi diqqət yönəltdi: “Əlbəttə, bizim üçün COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.”Məlum olduğu kimi, forum iştirakçıları Laçına səfər ediblər. 28 il işğal altında qalan Laçının azad olunması Azərbaycanın siyasi iradəsinin göstəricisi idi. "Mən işğal edilmiş ərazilərin hərbi-siyasi yolla azad olunduğunu deyəndə Laçın bunun bariz nümunəsidir" – deyən Prezident bildirib ki, hazırda isə biz siyasi yolla davam edirik və əminəm ki, biz bütün məqsədlərimizə siyasi vasitələrlə nail ola bilərik və məhz bunu nümayiş etdiririk. Müasir dövrdə dünya ölkələri ilə sıx əməkdaşlıq edən etibarlı tərəfdaş olan Azərbaycan Almaniya ilə də müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrinə malikdir. İki ölkə arasındakı münasibətlərdə uğurlu səhifələr açılıb və bu gələcək əməkdaşlığın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Dövlətlərarası münasibətləri dövlətimizin başçısı yüksək dəyərləndirib. Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları məsələsinə gəlincə isə dövlətimizin başçısı "Biz məsələnin sülh sazişinin imzalanmasına, həllinə heç vaxt olmadığı qədər yaxınıq, - deyərək bildirib ki, biz işğal zamanı buna bu qədər yaxın olmamışıq. Təbii ki, sülh siyasətinə sadiq olan Azərbaycan məhz sülh prosesinin təşəbbüskarı olmuşdur. Bu günün reallıqları onu deməyə əsas verir ki, Azərbaycanın sülh danışıqları prosesinə ciddi irəliləyişə nail olmaq ehtimalı vardır. COP29-un Azərbaycanda keçirilməsinin önəmindən danışan dövlətimizin başçısı bildirib ki, COP29 haqqında danışsaq, əlbəttə ki, bu, Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Dövlətimizin başçısı əlavə edib ki, baza prinsipləri üzərində razılığa gəlmək, həmçinin variant hesab olunur, sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar. “Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə” ürəkdən çalışmalıdır, deyə Prezident diqqətə çatdırıb. Qeyd edək ki, iqlim dəyişikliyi temperaturun, fırtınaların artması, quraqlıqlar, növlərin yox olması, qida çatışmazlığı, sağlamlıq risklərinin artması və dəniz səviyyəsinin yüksəlməsi kimi ekoloji fəlakətlərə səbəb ola bilər. Ona görə də dünyanın bütün ölkələri yuxarıda qeyd olunan amilləri nəzərə alaraq ekoloji fəlakətlərin qarşısını almaq üçün əllərindən gələni etməlidirlər.

Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə Ərazi Partiya Təşkilatının sədri

Seçilən
1
Mənbələr
Şərh ()
Bağla