AZ

Rusiya ABŞ-nin vurulan "Abrams" tankını sərgiləyəcək - VİDEO

Rusiya Silahlı Qüvvələri Avdeyevka şəhərində ilk vururlan və ABŞ istehsalı olan "M1 Abrams" tankını ön cəbhədən çıxarıb. 

Bu barədə Rusiya qoşunlarının “Mərkəz” qrupunun mətbuat mərkəzinin rəhbəri Aleksandr Savçuk bildirib.

Birləşmiş Ştatların 10 milyon dollarlıq tankı Moskvanın Poklonnaya təpəsindəki Qələbə parkında nümayiş olunacaq. 

Amerika mediasının etiraf etdiyi kimi, son iki ay ərzində Ukraynada ən azı beş “Abrams” tankı vurulub. “Associated Press” amerikalı hərbi rəsmilərə istinadən xəbər verib ki, Ukrayna Rusiya pilotsuz təyyarələrinin fəaliyyəti səbəbindən ABŞ-nin verdiyi “Abrams”lardan istifadəni dayandırıb.

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla