AZ

“Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq” - Dövlət Komissiyası

“Natiq Qasımovun taleyi ilə bağlı məsələ artıq ictimaiyyətə aydındır. Onunla bağlı xarici jurnalistlər tərəfindən film də çəkilərək yayımlanıb. Fimdə bilavasitə Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş keçmiş hərbçilər də danışıb”.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov APA-ya müsahibəsində deyib

O bildirib ki, onun necə əsir götürüldüyü, hansı işgəncələrə məruz qaldığı və sonrakı taleyi filmdə əks olunub:

“Həmin filmdə danışan erməni hərbçi onun ağır işgəncələrlə qətlə yetirildiyini etiraf edir.

Natiq Qasımov həmin dövrdə səhra komandiri olmuş, sonradan isə Ermənistan ordusunun generalı rütbəsinə “yüksəlmiş” Vitali Balasanyanın əmri ilə qətlə yetirilib. Baxmayaraq ki, filmdə o, bunu danmağa uğursuz cəhd edir. Amma Natiq Qasımovun əsir götürməsi əməliyyatının və dindirilməsinin Vitali Balasanyanın rəhbərliyi ilə həyata keçirildiyi tam təsdiq olunur.

Beləliklə, Vitali Balasnyan Natiq Qasımovun dindirilməsi prosesində şəxsən iştirak edib və onun qətlə yetirilməsi əmrini də şəxsən özü verib. Bu proseslər indiki Xocalı rayonu ərazisində baş verdiyi üçün onun meyitinin də həmin ərazidə olması ehtimal olunur. Amma nəzərə alsaq ki, o, hansı işgəncələrə məruz qalıb, ona qarşı hansı vəhşilik aktları həyata keçirilib, qalıqlarının tapılması asan olmayacaq. Biz bu reallığı nəzərə almalıyıq.

Bütün bunlara baxmayaraq, Dövlət Komissiyası Natiq Qasımovun və bütün digər itkinlərin axtarılmasını, sonrakı taleyinin müəyyən olunması prosesini sona kimi həyata keçirəcək. Bu, cənab Prezidentin Dövlət Komissiyası qarşısında qoyduğu vacib vəzifədir. Cənab Prezident tərəfindən tapşırıq belədir ki, sonuncu itkinin taleyi müəyyənləşənə qədər Dövlət Komissiyası fəaliyyət göstərəcək. Bizim hədəfimiz itkin düşmüş bütün vətəndaşlarımızın taleyinin müəyyən olunmasıdır, bu istiqamətdə də işimizi davam etdirəcəyik”.

Seçilən
54
23
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18387
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17705
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16950
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15449
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
15381
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14543
Çingiz Mustafayevin toyudur - FOTOLAR
13463
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
13106
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10904
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10891
"Zaur, yenə çaşdın..." - VİDEO
8524
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7524
Minimum əmək haqqı nə qədər arta bilər?
6734
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6713
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6292
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
5529
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5433
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5344
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4978