AZ

Prezidentin Almaniya səfəri münasibətlərin inkişafına yeni təkan verəcək

Son vaxtlar Azərbaycan-Almaniya münabətləri yeni müstəvidə inkişaf edir. Ölkələrimizin bir-birinə yaxınlaşması Cənubi Qafqaza sülh və əməkdaşlıq gətirir. Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi artır, qarşılıqlı sərmayələr yatırılır və yeni əməkdaşlıq imkanları müəyyənləşdirilir.
26 apreldə Berlində Prezident İlham Əliyev çox yüksək səviyyədə qarşılandı. Almaniyada hər bir dövlət başçısının şərəfinə bu cür yüksək hörmət və ehtiram göstərilmədiyini deyən deputat əlavə edib ki, Dövlət başçımızın səfəri çərçivəsində “15-ci Petersberq İqlim Dialoqu”nda iştirakı ölkəmizdə keçiriləcək COP29-a hazırlıq prosesi kimi qiymətləndirir. Dövlət başçımız Petersberq İqlim Dialoqunda etdiyi çıxışında Azərbaycanın bərpa olunan enerji potensialı, iqlim dəyişikliklərinə qarşı verdiyimiz töhfələr və ölkəmizin bu tədbirə uğurla ev sahibliyi ilə bağlı məsələləri geniş qeyd etdi.
Azərbaycan Prezidenti Berlində bir sıra mühüm görüşlər də keçirdi. Aprelin 26-da Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə,  Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə görüşlərdə İlham Əliyev bir daha həqiqətləri səsləndirdi.
Almaniyanın dövlət və hökumət strukturlarının rəhbərləri Azərbaycanla Ermənistan arasında sülh danışıqları, delimitasiya və demarkasiya prosesini alqışlayaraq bu istiqamətdə dəstək göstərməyə hazır olduqlarını bildirdilər.
Almaniyanın Federal Kansleri Olaf Şoltsla mətbuat konfransı keçirərək bir sıra məsələlərə aydınlıq gətirdi və jurnalistlərin suallarına cavablar verildi. Bu mətbuat konfransına dəvət olunmuş jurnalistlər xüsusi tapşırıq əsasında təxribatyönümlü suallar hazırlamışdılar. Amma Prezident İlham Əliyev bütün sualları çox diplomatik və əsaslandırılmış şəkildə cavablandırdı. Suallardan biri mətbuat azadlığı və demokratiya ilə bağlı idi. Dövlət başçımız ölkəmizdəki senzurasız internet və media azadlığı haqqında cavab verərək, “Bütün fəaliyyətlər qanunlar çərçivəsində olmalıdır” – deyə açıq şəkildə bildirdi.
Həm də neft gəlirlərinin ədalətli bölüşdürülməsinin nəticəsi olaraq ölkəmizdə yoxsulluğun 50 faizdən 5 faizə endirilməsi, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrə sərf olunan vəsaitlərin şəffaf xərcləndiyini, 6 min keçmiş məcburi köçkünün öz yurdlarına qayıtdığını və bu ilin sonlarınadək bu rəqəmin 20 minə çatacağına bildirdi. Dövlət başçımız həm Petersberq İqlim Dialoqunda, həm də mətbuat konfransında ölkəmizin bərpa olunan enerji potensialının yüksək olduğunu, 2030-cu ilədək 5 qiqavat “yaşıl enerji” istehsal edəcəyimizi və Qara dənizin dibi vasitəsilə çəkiləcək kabel xətti ilə 4 qiqavat ixrac edəcəyimizi bildirdi. Həm də “yaşıl enerji” mənbələrimizdən səmərəli istifadə etməyimiz Avropaya əlavə olaraq 5 milyard kubmetr təbii qazı ixrac etmək imkanına malik olmağımızı qeyd etdi.
Dövlət başçımız Azərbaycanla Avropa İttifaqı arasında formalaşmış yüksək əlaqələrə toxundu. Belə ki, 2022-ci ildə Avropa Komissiyasının Prezidenti ilə imzalanmış memarandumu xatırlayaraq 2027-ci ilədək 20 milyard kubmetr qaz ixrac etməyi plandırdığımızı bildirdi. O cümlədən Avropa İttifaqına daxil 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələrimizin olduğunu qeyd edən dövlət başçımız gələcəkdə bu əlaqələri daha da genişləndirmək niyyətində olduğumuzu ifadə etdi. Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə toxunaraq ölkələrimiz arasında baş tutmuş ikitərəfli görüşləri müsbət dəyərləndirdi. Həm də Ermənistanla sülh müqaviləsinin imzalanmasına daha yaxın olduğumuzu, Almaniyada keçirilmiş xarici işlər nazirlərinin rəhbərlərinin görüşünün bu prosesə töhfə verdiyini, 4 kəndimizin qaytarılmasını, sərhədlərin delimitasiyası prosesinə start verildiyini və Qazaxıstanda yenidən görüşərək sülh müqaviləsi layihəsinin müzakirə ediləcəyini bildirdi. Təbii ki, Azərbaycan-Ermənistan danışıqlarına kənar qüvvələr müdaxilə etməzsə, regiona tezliklə sülh və əməkdaşlığın gələcəyinə şübhə yoxdur.
Dövlət başçımızın Almaniya səfəri çox yüksək dəyərləndiririlməlidir. Bu səfər Cənubi Qafqaza sülh və əməkdaşlığın gəlməsinə yeni bir təkan verəcəkdir.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

Seçilən
38
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18685
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17870
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
17690
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17148
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15660
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14874
Çingiz Mustafayevin toyudur - FOTOLAR
14530
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
14342
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11258
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11011
"Zaur, yenə çaşdın..." - VİDEO
8629
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7663
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6953
Minimum əmək haqqı nə qədər arta bilər?
6873
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6530
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
6341
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5661
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5490
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
5099