AZ

Son iki gündə 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Son

Bakı, 29 aprel, AZƏRTAC

Aprelin 27-də və 28-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 4 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, narkotik vasitələr – 4,2 kiloqrama yaxın tiryək, 2,3 kiloqramdan çox marixuana, qalanı heroin və metamfetamin, həmçinin 405 metadon və preqabalin həbləri qanunsuz dövriyyədən çıxarılıb.

Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Seçilən
68
4
Mənbələr
Şərh ()
Bağla