AZ

Qızılda yüksəlişlər nə vaxtadək davam edə bilər? - Unicapital İ.Ş.-nın Direktoru Elmira Qəribova cavabladı

Son zamanlar qızıl qiymətlərində mühüm dalğalanmalar müşahidə olunur. Bu qeyri-sabitlik bizdə belə bir sual doğurur: Daha öncə görünməmiş bu yüksəlişlər nə ilə bağlıdır və nə vaxtadək  davam edə bilər?

Tarix boyu qeyri-stabil maliyyə bazarları şəraitində ən yaxşı qoruyucu aktiv qızıl hesab edilib və çox güman ki, gələcəkdə də belə qalacaq. İnflyasiya və ya siyasi qeyri-sabitlik səbəbindən zamanla dəyərini itirə bilən valyutalardan fərqli olaraq, qızıl bir çox nəsillər boyu qorunub saxlanıla bilən maddi aktivdir.

Qızılın 2008-ci il maliyyə böhranı zamanı göstərdiyi nəticələri onun iqtisadi böhran dövründə “təhlükəsiz” aktiv olduğunu təsdiqləyib. Səhmlər və istiqrazlar kimi digər aktivlər əhəmiyyətli itkilərə məruz qalsa da, qızıl qiyməti nisbətən sabit qaldı və hətta yüksəldi.

2020-ci ildə pandemiyanın yaratdığı qeyri-müəyyənlik qızıl qiymətlərində növbəti artıma səbəb oldu. Bütün dünya üzrə mərkəzi banklar maliyyə bazarlarını sabitləşdirməyə və iqtisadi artımı stimullaşdırmağa yönəlmiş pul siyasəti yürüdürdülər.

Bu tədbirlər nəticəsində faiz dərəcələri tarixi minimuma enib və hökumətlər kütləvi fiskal stimullaşdırma tətbiq ediblər. Bu siyasətlər inflyasiya ilə bağlı narahatlıqları artıraraq, investorların dünya valyutalarının dəyərindəki mümkün azalmalara qarşı hedcinq aləti kimi qızıla müraciət etmələrinə səbəb olub.

Hazırda mərkəzi banklar aktiv şəkildə qızıl alışı həyata keçirir. Bu yaxınlarda Çində pərakəndə alıcılar da onlara qoşuldu, lakin qızıla təsir edən müvəqqəti dövri amilləri daha struktur amillərdən fərqləndirməliyik. Hesab edirəm ki, dünyada son zamanlar artan geosiyasi gərginliklər səbəbindən qızıl alışlarının artması istiqamətində struktur tendensiyası müşahidə olunur.

Mart ayı üçün gözləniləndən yüksək inflyasiya məlumatlarına baxmayaraq, bir çox analitiklər Federal Ehtiyat Sisteminin iyun ayında faiz dərəcələrini endirəcəyini gözləyirlər.

Bir çox investorlar daha böyük korreksiyanı gözlədikləri üçün mart ayında başlayan bu qiymət artımından öncə alış istiqamətli əməliyyatların açılmasından çəkindilər. Hazırda isə ən böyük problem enişi gözləyib, bazara yeni “giriş” nöqtəsini müəyyən etməkdir.

Ümumilikdə qlobal miqyasda qızıla artan maraq, müştəri portfellərimizə də təsirsiz ötüşməmişdir. Yaranan qiymət dəyişkənlikləri fonunda hazırda müştərilərimizin digər maliyyə alətləri ilə müqayisədə kəskin qızıl ticarətinə üstünlük verdiyini müşahidə edirik. Bütün bunlar eyni zamanda foreks ticarətində yeni investorların cəlbində də müsbət istiqamətdə öz əksini tapdı.

Elmira Qəribova
Seçilən
5
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16896
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16452
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15866
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13978
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12905
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9895
"Zaur, yenə çaşdın..." - VİDEO
8047
Çingiz Mustafayevin toyudur - FOTOLAR
7471
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6487
Minimum əmək haqqı nə qədər arta bilər?
6229
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5629
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5404
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4686
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4383
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4368
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - FOTO
3458
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3351
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3337
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3120