AZ

Oğlu ilə canlı yayıma çıxan tiktoker həbs olundu - FOTO

Tiktokda canlı yayım açan qadın həbs edilib.

Milli.Az haberler-ə istinadla bildirir ki, Türkiyədə də tiktokerlərlə bağlı tədbirlər həyata keçirilir.

Bursa vilayətində daim canlı yayım açan "Karagül" ləqəbli qadın yayım sırasında başı qapıya dəyən oğlunun qanamasına və ağlamasına əhəmiyyət verməyərək canlı yayıma davam etməsi müzakirə doğurub.

Olayla bağlı polis hərəkətə keçib, qadın saxlanılıb. Məhkəmə onun həbs edilməsi barədə qərar qəbul edib.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
61
15
Mənbələr
Şərh ()
Bağla