AZ

Millimizin futbolçusu: “Belə baxımlı qollar vurmağa öyrəşmişəm”

“Belə baxımlı qollar vurmağa öyrəşmişəm”.

İdman.biz xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin oyunçusu Əli Qazıbəyov deyib.

Belarusun paytaxtı Minskdə keçirilən UEFA İnkişaf turnirinin son turunda Tacikistana baxımlı qol vuran futbolçu matç barədə danışıb: “Komandamın heyətində də belə top vurmuşdum. Amma bunu millidə etmək çox gözəl hisslərdir. Bu qolu atama həsr etdim. Dərhal dedim ki, bu qol sənin üçündür. Mənim üçün öncə valideynlərdir, sonra özüm. İki oyun uduzsaq da, son görüşdə qələbə qazandıq. Biz daha güclü kimi qayıdacağıq”.

Qeyd edək ki, yığmamız Asiya təmsilçisini penaltilər seriyasında məğlub edib – 2:2, p. 3:1.

İdman.biz

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla