AZ

“Crocus” işi üzrə təqsirləndirilən şəxslə bağlı YENİ DETALLAR

\"Crocus City Hall\"da baş verən terror aktının iştirakçısı Cumoxon Kurbonov və onun qardaşı Suxrob Moskvada tikintidə işləyiblər. 

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə \"RİA Novosti\"yə qardaşların yaşadığı hostelin əməkdaşı məlumat verib.

Moskvanın Basmannı məhkəməsi terror aktı ilə bağlı aparılan istintaq çərçivəsində əslən tacikistandan olan 20 yaşlı Cumoxon Kurbonovun həbs müddətini mayın 22-dək uzadıb.

İstintaqın məlumatına görə, o, şəriklərini rabitə vasitələri və xərcləri ödəmək üçün pulla təmin edib.

Cinayət işi üzrə həbs olunmazdan əvvəl Cumoxon qardaşı Suxrob ilə xuliqanlığa görə 15 sutka inzibati həbs edilib.

Suxrobun cinayət işinin bir hissəsi kimi tutulması ilə bağlı heç bir məlumat yoxdur.

Qeyd edək ki, \"Crocus\"da törədilən terror aktı ilə bağlı indiyə qədər 12 nəfərin saxlanıldığı məlum olub. 

Xatırladaq ki, martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskdakı \"Crocus City Hall\" konsert zalında terror aktı baş verib.

Silahlı şəxslər zala girərək tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb.

Rusiya İstintaq Komitəsi \"terror aktı\" maddəsi ilə bağlı cinayət işi açıb.

Hadisə nəticəsində 551 nəfər yaralanıb, 145 nəfər (altısı uşaq) həlak olub.
Seçilən
67
46
Mənbələr
Şərh ()
Bağla