AZ

"Ulduz" filminin bir hissəsinin çəkildiyi MƏŞHUR YER: Həmin anlar belə xatırlandı - VİDEO

"Ulduz" filminin bir hissəsinin çəkildiyi MƏŞHUR YER: Həmin anlar belə xatırlandı - VİDEO

" Bu Azərbaycan çayıdır. Çay yarpaqlarını yığmağa başlayanda əvvəla onun çiçəyi açan hissəsini ehtiyatla yığmalıyıq. Onun çiçəklərindən hazırlanan çay əla növ çay hesab olunur".

Sözügedən bu cümlələr bəlkə də bir çoxlarımıza tanışdır. Azərbaycan kinosunun incilərindən sayılan məşhur "Ulduz"filminin bu hissələri məhz bu ərazidə Astaranın Kjyəbə qəsəbəsində çəkilib- düz 60 il bundan əvvəl. Həmin filmin bir sıra maraqlı hissələri bu ərazidə lentə alınıb. O vaxt qəsəbə sakinləri bu çəkilişlərin canlı şahidi olublar. Hətta əksər epizodlarda belə iştirak ediblər.

Onlardan biri də qəsəbə sakini Tükəz Babayevadır. Sonxeber.az xəbər verir ki, qəsəbə sakini öz xatirələrini "Aztv Xəbər" ilə bölüşüb:

" Biz bu çay bağlarında onlar ilə birlikdə işləmişik. Siyavuş və Ofeliya Aslanova ilə birlikdə çəkilişlərdə olmuşuq. Kinoya hər baxanda gəncliyim yadıma düşür. O vaxtı biz gənc idik və işləyirdik".

Təxminən 30-cu illərdə salınan çay plantasiyası o dövrlərdə də bərəkətli məhsulu ilə ölkələrə səs salıb. Bu gün də həmin ənənə davam edir. Çay kollarından hər il yüksək məhsul əldə edilir.

Ətraflı "Aztv Xəbər"in süjetində:

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla