AZ

Fati qərarını verdi

Müqavilə ilə "Barselona"ya məxsus olan, icarə əsasında "Brayton"da çıxış edən Ansu Fati gələcəyi ilə bağlı qərarını verib.

Futbolpress.az xəbər verir ki, 21 yaşlı vinger Kataloniya klubuna qayıtmaq istəyir. Bu barədə "Sport" nəşri məlumat yayıb. Fati "Barselona"ya dönüb, əsas heyət uğrunda mübarizə aparmaq niyyətindədir.

İspaniyalı futbolçu ötən ilin sentyabrından "Brayton"da çıxış edir. O, Premyer Liqada 17 oyunda 2 qolla yadda qalıb.
Seçilən
45
Mənbələr
Şərh ()
Bağla