AZ

Qazaxın kəndlərinin qaytarılması sülhün başlanğıcıdır! - Türkiyədən AÇIQLAMA

Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası prosesi başlayıb. “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı  beynəlxalq forumda çıxış edən Prezident İlham Əliyev sərhədlərin delimitasiyasından danışıb. Prezidentin sözlərinə görə, dövlət sərhədimizin təxminən 10 və ya 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir.

 

Rəsmi məlumata görə, geodeziya ölçmələri əsasında sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində 26 aprel 2024-cü il tarixinə planlaşdırılan işlərin təxminən 35 faizi yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb.

 

Dövlətimizin başçısı ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında iki ölkənin delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb. 

 

Məsələ ilə bağlı Modern.az-a danışan türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu söyləyib ki, Azərbaycan əvvəldən bəri bölgəni tamamilə nəzarət altına almaq istəyir:

 

"Ermənistan 1992-ci ildə Qarabağın dağlıq hissəsi ilə yanaşı Azərbaycan torpaqlarını 20 faizini təşkil edən 8 kəndi də işğal eləmişdi. 44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycan əvvəldən ərazini tamamilə nəzarət altına almaq istəyirdi. Bunun səbəbi isə regionun hüzuru və sabitliyi baxımından vacibdir".

Ekspert Prezident İlham Əliyevin forumda delimitasiya ilə bağlı çıxışını belə şərh edib:

 

"Prezident cənab İlham Əliyev  beynəlxalq forumda sərhədlərin 10-12 kilometrlik hissəsinin delimitasiya olunmasını deməklə həm dünyaya informasiya verdi, həm də ərazilərin digər qisminin də Azərbaycana verilməsini yenidən bütün dünyaya elan etdi".

Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı, ekspert Cihad Yaycı deyir ki, delimitasiya ilə bağlı məsələ çox vacib uğurdur:

 

"Bu, çox vacib hadisədir. Sərhədlərin bir qisminin artıq delimitasiyasının başa çatması münasibətlərin sülhə yaxın olduğunu göstərir. Masaya əyləşib müzakirələrin aparılması, nəticədə, delimitasiyasının başlaması böyük bir uğur kimi qiymətləndirirəm. Bu uğur da Azərbaycan hökumətinin rolu və mövqeyi çox vacibdir. İnşallah delimitasiya işləri tez bir vaxtda başa çatar".

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14338
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
13759
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
13498
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
11889
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
9742
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8289
"Zaur, yenə çaşdın..." - VİDEO
7409
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5552
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3760
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
3759
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3479
Elçin boşandığını etiraf etdi - FOTOLAR
3453
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3319
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
3256
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
2985
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
2978
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2768
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2694
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2540