Bakupost.az xəbər verir ki, Çinin musson bölgəsində daşqın mövsümü erkən başlayıb. May-iyun aylarında gözlənilən daşqın həyatı iflic edib. Ölənlər və yaralananlar olub. Ölkədə tornado ilə yanaşı daşqınlara qarşı mübarizə də davam edir. Son günlər qeydə alınan rekord yağışlar bütün bölgədə binaların, kənd və şəhərlərin su altında qalmasına səbəb olub.
Əyalət rəsmiləri Bei çayının son 50 ilin ən yüksək səviyyəsinə çatacağını gözlədiklərini açıqlayıb. Mediada xilasetmə qruplarının insanları avtomobillərdən və evlərdən çıxararaq su basmış yollarda şişmə qayıqlarla aparması görüntüləri yayılıb. Bölgədə 82 mindən çox ev təxliyə edilib. Fırtına səbəbindən ştatda 1,16 milyon ailə işıqsız qalıb, mindən çox məktəb bağlanıb.
Aygün
BakuPost