AZ

Qərb bankları keçən il Kremlə 800 milyon avro vergi ödəyib

Rusiyadakı Qərb bankları keçən il Kremlə 800 milyon avro vergi ödəyib.

 

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

 

Qəzet yazır ki, Rusiyada qalan ən iri Qərb bankları Ukraynanın tammiqyaslı işğal edilməsindən sonra Rusiyada mövcudluğunu minimuma endirmək vədlərinə baxmayaraq, keçən il Kremlə 800 milyon avrodan çox vergi ödəyiblər. Bu da müharibədən əvvəlki səviyyədən 4 dəfə çoxdur.

 

"Rusiyadakı aktivlərinə görə Avropanın 7 ən böyük bankı - "Raiffeisen Bank International", "UniCredit", ING, "Commerzbank", "Deutsche Bank", "Intesa Sanpaolo" və OTP 2023-cü ildə 3 milyard avrodan çox ümumi mənfəət əldə etdiklərini bildiriblər”, - materialda deyilir.

 

Nəşr qeyd edir ki, Qərb kreditorları Svift sisteminə çıxışdan məhrum olan Rusiyanın əksər maliyyə sektoruna qarşı sanksiyaların tətbiqindən faydalanıb. Bu, beynəlxalq bankları Moskva ilə Qərb arasında maliyyə dayağı edib.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla