AZ

Mikel Arteta “Tottenhem” üzərində səfər qələbəsini şərh etdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 35-ci turunda “Tottenhem” üzərində 3:2 hesablı səfər qələbəsini şərh edib.

Arena.az “Sky Sports” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Burada oynamaq çətindir. İnanılmaz ab-hava və əla rəqib idi. İlk hissədə çox təsirli idik, çox yaxşı təşkilatlanmışdıq.

İkinci hissəyə çox yaxşı başladıq, oyuna tam nəzarət etdik və dördüncü qolu da vura bilərdik. Sonra fərdi bir səhv və siz bunu hiss edirsiniz ki, oyun çevrilir. Bundan sonra oyuna nəzarət etməli və azacıq bəxtli olmalısınız. İkinci qolu yenə çox da rast gəlinməyən səhvə görə buraxdıq.

Böyük bir şey qazanmaq üçün bu anları keçmək lazımdır. Biz xoşbəxtik, çünki bu, qürur duyulacaq bir gündür. Azarkeşlərimiz üçün çox mənalı bir gündür. Ümidvaram ki, onlar gözəl axşamdan həzz alacaqlar”, deyə Mikel Arteta məmnunluqla bildirib.

Hazırda “Arsenal” 35 oyundan 80 xalla Premyer Liqanın yarış cədvəlinin şərti lideridir. 34 oyundan 79 xalla “Mançester Siti” 2-ci pillədədir və şərti mütləq lider mövqeyini qoruyur. “Tottenhem” isə 33 oyundan 60 xalla yarış cədvəlində 5-ci sıradadır.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla