AZ

Rusiyada yaraqlıların hücumu başladı: 4 polis əməkdaşı öldürüldü

Rusiyanın Qaraçay-Çərkəz vilayətində yol-patrul xidmətinin bölməsinə silahlı basqın edilib.

Publika.az xəbər verir ki, bu barədə Respublikanın Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunur ki, qarşıdurma nəticəsində Rusiya Daxili İşlər Nazirliyinin Kurqan vilayəti üzrə iki polis əməkdaşı həlak olub, dörd hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

“Toqquşma nəticəsində Rusiya Daxili İşlər Nazirliyinin Kurqan vilayəti üzrə ezam olunmuş iki polis əməkdaşı, Qaraçay-Çərkəz Daxili İşlər Nazirliyinin Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin yol polisinin iki əməkdaşı həlak olub. Rusiyanın Qaraçay-Çərkəz Respublikası Milli Qvardiyasının əməkdaşı və Rusiya Daxili İşlər Nazirliyinin Kurqan vilayəti üzrə əməkdaşı yaralanıb, hadisə yerində bir neçə əldəqayırma partlayıcı qurğu aşkar edilib", - məlumatda deyilir.

Seçilən
32
50
Mənbələr
Şərh ()
Bağla