AZ

ABŞ gəmilərinə hücum edən beş PUA vuruldu

ABŞ hərbçiləri Qırmızı dəniz üzərində beş pilotsuz uçuş aparatını (PUA) vurub.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı xəbər yayıb.

“Aprelin 28-də Sana vaxtı ilə saat 01:48-dən 02:27-dək (Bakı vaxtı ilə saat 02:48 və 3:27) ABŞ Silahlı Qüvvələri Qırmızı dəniz üzərində 5 PUA-nı uğurla vurub”, - komandanlığın “X”dəki səhifəsində yerləşdirilmiş paylaşımda ​​deyilir.

Məlumata görə, PUA-ların ABŞ-nin, dəniz koalisiyasının və bölgədəki ticarət gəmiçiliyi üçün təhlükə yaratması müəyyənləşdirilib.

 

Seçilən
61
31
Mənbələr
Şərh ()
Bağla