AZ

“Tarixdə bu gün” - 29 apreldə nələr baş verib?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

29 aprel tarixində baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq.

 

29 aprel Beynəlxalq Rəqs Günüdür:

 

Beynəlxalq Rəqs Günü 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunub. Bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverin anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir.

 

29 aprel 1992-ci ildə Azərbaycan və Cənubi Afrika Respublikasıarasında diplomatik əlaqələr qurulub:

 

29 noyabr 2016-cı il tarixində Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabanenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər edib.

 

29 aprel 1945-ci ildə   Adolf Hitler uzun müddətdir ortağı olan Eva Braunla evlənib. və Admiral Karl Dönitsi onun varisi təyin edib. Hitler və Braun ertəsi gün intihar ediblər.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla