AZ

İlon Mask yüksək vəzifəli şəxslərlə görüşmək üçün Pekinə gəlib

Amerikalı iş adamı İlon Mask Çinə gəlib, bu barədə “Reuters” yazıb. Agentliyin məlumatına görə, iş adamının şəxsi təyyarəsi dünən, aprelin 28-də Pekinə enib. Biznesmen avtonom avtomobil proqram təminatını (FSD) müzakirə etmək üçün yüksək çinli məmurlarla görüşməyi planlaşdırır.

“Reuters” qeyd edir ki, İlon Maskın səfəri Pekində mayın 4-dək davam edəcək avtoşou tədbirinin açılışına təsadüf edir. Avtomobil sərgisinin stendində “Tesla” tərəfdaşlar sırasında deyil.

İlon Mask 2019-cu ilin əvvəlində Şanxayda “Tesla” zavodunun tikintisinə başlandığını elan edib. O vaxtdan bəri şirkət Çində 1.7 milyondan çox avtomobil satıb. “Tesla” avtomobilləri tərəfindən toplanan məlumatlar Çin qanununun tələb etdiyi kimi Şanxayda saxlanılır.

Seçilən
127
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq