AZ

Castin Biberə NƏ OLUB? - FOTO

Dünya pop səhnəsinin ulduzu Castin Biber paylaşdığı fotoları ilə gündəmə gəlib.  

Bizim.Media xəbər verir ki, yeni obrazda, daha dəqiq desək uzun saqqalla və geyim tərzini dəyişmiş halda selfilərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Castinin bu halı görənləri məyus edib.

Belə ki, Biberin pərəstişkarları onu dərhal tanımadıqlarını, digərləri isə səfil həyatı keçirən şəxsə bənzədiyini yazıblar. 

Bir müddət sonra yazılan bu sözlərə cavab olaraq Castin ağlayan zaman çəkdiyi fotolarını yayımlayıb.  

Bu şəkilləri görən fanatları ulduz üçün narahatlıq keçiriblər və kumirləri ilə nə baş verdiyi haqda düşünməyə başlayıblar. 
Castinin həyat yoldaşı, supermodel Heyli Biber şəkillərə sakit reaksiya verib və hətta ərinə təriflər yağdıraraq “Gözəl ağlayırsan” şərhini yazıb.  

Heyli və Castinin boşanma ərəfəsində olması barədə şayiələr yayılsa da, lakin cütlük özləri bu məlumatı dəfələrlə təkzib etmişdilər.

Bəzi pərəstişkarları onların kumirinin səhnədə olmaq üçün darıxdığını üçün göz yaşlarına qərq olunduğunu düşünüblər. 

Qeyd edək ki, müğənni 2022-ci ildə üzünün sağ hissəsinin iflic olması səbəbindən konsert fəaliyyətinə fasilə verib. Digərləri bunun daha ciddi olduğuna və Castinin psixi sağlamlığının son vaxtlar pisləşdiyinə inanırlar. 






Rəşad Əliyev, Bizim.Media

Seçilən
44
50
Mənbələr
Şərh ()
Bağla