AZ

Füzuli sakini: Bizə bu günü yaşadan Ali Baş komandana təşəkkür edirəm

Bizə bu günü yaşadan Ali Baş komandanımıza təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

“Report” xəbər verir ki, bunları jurnalistlərə Füzulidən olan keçmiş məcburi köçkün İslam Həsənov deyib.

“Mən özüm də müharibə veteranıyam. Birinci Qarabağ müharibəsi iştirakçısıyam. 1993-cü ildə ailəmiz Füzulini tərk etməyə məcbur oldu”, - o əlavə edib.

İ.Həsənov bu anı həyatının ən sevincli günlərindən biri kimi qiymətləndirib: “Yurduma qayıdıram, o qədər sevincliyəm ki. Ömrümün sonuna kimi Füzulidə yaşayacağam”.

Qeyd edək ki, bu gün Füzuli şəhərinə daha 39 ailənin köçü başlayıb. 153 nəfər keçmiş məcburi köçkün, o cümlədən Bakı şəhərindən 27 ailə (110 nəfər), Sumqayıt şəhərindən 5 ailə (14 nəfər), Füzuli rayonundan 3 ailə (10 nəfər), Şamaxı rayonundan 2 ailə (8 nəfər), Abşeron rayonundan 1 ailə (7 nəfər), Yevlax şəhərindən 1 ailə (4 nəfər) yola salınıb.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə köçürülən ailələrin ümumi sayı 822-yə (3 132 nəfər) çatıb.

Seçilən
18
1
Mənbələr
Şərh ()
Bağla