AZ

Sümük bulyonu arıqlamağa kömək edir

Sümük suyu təkcə bədəni dəri və oynaqlar üçün lazım olan kollagenlə təmin etmir, həm də arıqlamağınıza kömək edə bilər, deyə dietoloq və neonatoloq Lena Bakoviç bildirib.

Aztibb.az “Medzdrav İnfo”ya istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, yaxşı hazırlanmış sümük bulyonu kollagen bağırsağın selikli qişasının bərpasına kömək edir, həzmi yaxşılaşdırır və iltihabı azaldır. Bu cür bulyon həm də arıqlamağa kömək edir.

“Sümük suyunda zülal yüksək olur və bu daha sürətli toxluq hiss etməyə və həddindən artıq yeməyin qarşısını almağa kömək edir.

Bundan əlavə, bulyon aşağı kalorili qidadır, gündə istehlak edilən kalorilərin sayını azaltmaq üçün faydalıdır.

Sümük bulyonunun nəmlənməni saxlamağa kömək etdiyi və insanda qeyri-sağlam qida istəklərinin qarşısını almaqda təsirli olduğu deyilir.

Güclü sümük suyu tərkibindəki maqnezium, fosfor və kalsium sayəsində sümük toxuması üçün faydalıdır. Bundan əlavə, bir neçə saat ərzində hazırlanan bulyonun tərkibində oynaqlar üçün faydalı olan xondroitin və qlükozamin var.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla