AZ

Tovuzda ağır qəza: Avtobus 30 yaşlı qadını öldürdü

Tovuzda avtobusun piyadanı vurması ölümlə nəticələnib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində baş verib.  

Marşrut üzrə hərəkət edən sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən  rayon sakini, 1994-cü il təvəllüdlü Nağıyeva Rəfa Nurəddin qızını vurub.

Piyada bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə  xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
91
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq