Ucarda toy şənliyində qonşusunu öldürməyə cəhddə təqsirləndirilən Maarif Xəlilovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək ilkin hazırlıq iclası mayın 3-nə təyin edilib.
Şikayət hakim Hafiz Nəsibovun sədrliyi ilə araşdırılacaq.
Xatırlatma: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Şəki Apellyasiya Məhkəməsi Maarif Xəlilovun şikayətini təmin etməyib.
Qeyd: Hadisə ötən ilin sentyabrında Ucar rayonu Küçəkənd kəndində baş verib.
Belə ki, kənddə keçirilən toy şənliyində yeyib-içən iki qonşunun mübahisəsi qanla nəticələnib.
Kənd sakini, 1971-ci il təvəllüdlü M.Xəlilov mübahisə etdiyi qonşusu, 1962-ci il təvəllüdlü Muxdər Rəsulovun evinə gələrək ona bıçaqla xəsarət yetirib.
M.Xəlilova qarşı cinayət işi başlanıb.
Kamal Məmmədov