AZ

Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi bəraət istəyir

Ədliyyə Nazirliyinin Katibliyinin məxfi şöbəsinin həbsdə olan rəisi Hafiz Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərid Əyyubovun sədrliyi ilə araşdırılacaq. 
 

Məhkəmənin ilkin hazırlıq iclası aprelin 30-na təyin edilib.

 

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

 

Qeyd: H.Əliyev Maştağa qəsəbəsinin sədri İlqar Qurbanova təkrar bələdiyyə sədri seçiləcəyi barədə yalan vəd verərək onun 90 min manat pulunu ələ keçirib.

 

Bir müddət sonra zərərçəkmiş İ.Qurbanov vəfat edib. Onun hüquqi varisi kimi tanınan həyat yoldaşı H.Əliyevlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

 

Təqsirləndirilən ədliyyə əməkdaşı haqda istintaq dövründə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

 

Xatırlatma: H.Əliyev 2019-2023-cü illərdə sözügedən vəzifəni icra edib.

 

Kamal Məmmədov

Tarix: 29 Aprel 2024, 08:03   
Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla