AZ

Sevgilisini bıçaqlayıb, uşağını öldürərək ömürlük cəza alan şəxsdən xəbər var

Bakıda qətl törətməkdə təqsirləndirilən Zaur Babayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Sabit Bəhrəmzadənin sədrliyi ilə araşdırılacaq. 
 

Məhkəmənin ilkin hazırlıq iclası aprelin 30-na təyin edilib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2023-cü ilin fevralında Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Belə ki, 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cü il təvəllüdlü Günay Şadatovaya bıçaq xəsarəti yetirib. 14 yaşlı yeniyetmə G.Şadatova ölüb.

 

Z.Babayevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 149, 150-ci maddələri üzrə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

Tarix: 29 Aprel 2024, 08:07   
Seçilən
31
1
Mənbələr
Şərh ()
Bağla