AZ

Goranboyda mənzildən oğurluq edən şəxs TUTULDU

Goranboy rayon sakinlərindən birinə məxsus evdən dəyəri 1200 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

DİN-dən Modern.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən G. Bağırova saxlanılıb.

Şübhəli şəxs ifadəsində törətdiyi əməli etiraf edərək həmin əşyaları Gəncə şəhərində satdığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
3
23
Mənbələr
Şərh ()
Bağla