AZ

Pakistanın şimal-qərbində 2 terrorçu məhv edilib

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində təhlükəsizlik qüvvələrinin bazar günü keçirdiyi əməliyyat nəticəsində iki terrorçu öldürülüb. SİA xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, qoşunlar Dera İsmayıl Xan rayonunda kəşfiyyat məlumatı əsasında hərəkət edərək hücum həyata keçirib. Təhlükəsizlik qüvvələrinə, eləcə də mülki şəxslərə qarşı çoxsaylı terror fəaliyyətlərində iştirak edən öldürülən terrorçulardan silah-sursat və partlayıcı maddələr götürülüb.

Seçilən
65
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq